Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Pedro Enrikedən “Qarabağ” azarkeşlərinə şad xəbər

Pedro Enrikedən “Qarabağ” azarkeşlərinə şad xəbər


Çempionlar Liqasının qrup mərhələsinin IV turu çərçivəsində “Qarabağ” “Atletiko” ilə qarşılaşacaq. Ağdam klubu bu gün İspaniyaya yollanacaq.

Çempionumuzun Azərbaycan Premyer Liqasnın X turunda “Səbail”lə oyununda zədələnən oyunçusu Pedro Enrike hava limanında əməkdaşımıza qısa açıqlama verib.

Braziliyalı oyunçu “Atletiko” ilə matçda oynamasının mümkün olduğunu deyib: “Madriddə meydana çıxa bilərəm, ancaq yenə də son qərarı həkimlər və baş məşqçi verəcək. Mənə elə gəlir ki, oynamağım mümkündür. Son dəfə müayinə olacam və on uyğun olaraq qərar veriləcək”.

Qeyd edək ki, “Səbail”lə oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da hücumameyilli yarımmüdafiəçinin zədəsinin ciddi olmadığını bildirmişdi.


Facebook-da paylaş