Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Karateçilərimiz Xorvatiyada 8 medal qazanıblar




Xorvatiyada karate üzrə 27-ci Qran-Pri turniri keçirilib.

Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız turniri 8 medalla başa vurub. Karateçilərimiz ənənəvi turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Gənclər arasında millimizin heyətində təmsil olunan Daxili İşlər Nazirliyi İdman Cəmiyyətinin yetirməsi Müseyib Məmmədov üçün də bu yarış uğurlu olub. Çəkisi 68 kiloqramadək olan idmançılar arasında finala qədər irəliləyən yetirməmiz bürünc medal qazanıb. M.Məmmədovu bu yarışa Cəmiyyətin Fiziki hazırlıq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elnur Həsənov hazırlayıb.

Bu turnirdə fərqlənən idmançılar fevralın əvvəlində Rusiyada təşkil olunacaq Avropa çempionatına vəsiqə qazanıblar.

Trend.az


Facebook-da paylaş

Xəbəri paylaş