Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bakıda keçiriləcək “Arpachay Open”də 10-dək ölkədən 1500-dən artıq karateçi iştirak edəcək

Bakıda keçiriləcək “Arpachay Open”də 10-dək ölkədən 1500-dən artıq karateçi iştirak edəcək

Bakıda 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Arpachay Open” beynəlxalq karate turniri keçiriləcək.

BrendSport.az
xəbər verir ki, turnir yanvarın 20-22-də Gənclər və İdman Nazirliyinin dəstəyi, “Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə baş tutacaq.
Bakı İdman Sarayında 3 gün davam edəcək turnirin təntənəli açılış mərasimi yanvarın 21-də olacaq. Kata və kumite yarışlarında iştirak edəcək uşaq, yeniyetmə və gənc idmançılar bütün kateqoriyalar üzrə mübarizə aparacaqlar.
Turnirdə 10-dək ölkədən, habelə paytaxt Bakıdan və Azərbaycanın əksər regionlarından 1500-dən artıq idmançı iştirak edəcək.


Facebook-da paylaş

Xəbəri paylaş