Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Təhsil" Respublika İdman Mərkəzi açıq məşq təşkil edib


Mayın 2-də "Təhsil" Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində boks idman növü üzrə açıq məşq təşkil olunub.

BrendSport.az
xəbər verir ki, açıq məşqdə Müstəqil Azərbaycanın gənclər arasında boks üzrə ilk Dünya Çempionu, Əməkdar İdman Ustası və Əməkdar məşqçi Fərhad Acalov, XXVII Yay Olimpiya Oyunlarının boks üzrə bürünc mükafatçısı, Əməkdar idman ustası və Əməkdar məşqçi Vüqar Ələkbərov, Avropa çempionatının ikiqat gümüş mükafatçısı 2008-ci il Pekin XXIX Yay olimpiyadasının bürünc mükafatçısı və Əməkdar idman ustası Şahin İmranov, kişilər arasında Azərbaycanın ilk dünya çempionu , 2004-cü ildə Yunanıstanın Afina şəhərində keçirilən XXVIII Yay Olimpiya Oyunlarında bürünc medalin sahibi, Əməkdar idman ustası Ağası Məmmədov, Dünya çempionatının bürünc mükafatçısı, Əməkdar idman ustası, Əməkdar məşqçi Emil Məhərrəmov, Dünya və Avropa mükafatçısı, birinci Avropa oyunlarının qalibi, London Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov, Avropa çempionu, Dünya çempionatının gümüş mükafatçısı, Avropa oyunlarının bürünc medalçısı Məhəmməd Abdullayev və ikiqat Avropa çempionu və kişilər arasında Avropa çempionatının bürünc mükafatçısı Murad Allahverdiyev, uşaq-gənclər idman-şahmat məktəblərinin məşqçi müəllimləri yeniyetmə və gənc boksçulardan ibarət idmançılar iştirak ediblər.
İdmançıların yarışlara hazırlığı, texnika və taktikanın yüksəldilməsi mövzusunda keçirilən açıq məşqdə fikir mübadiləsi aparılıb, idmançılara bir sıra tapşırıqlar verilib.
Tədbirdə iştirak edən Olimpiya, Dünya və Avropa mükafatçıları, tanınmış idmançılar öz taktika və texnikalarını genc boksçulara nümayiş etdiriblər, daha sonra onlarla birgə məşq ediblər.
Məşqin təşkil olunmasının əsas məqsədi uşaq və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, məşhur idmançılarla yeniyetmə və gənc idmançıların görüşünün təşkili, gənc idmançıların texnika və taktikasının təkmilləşdirməsi, boks idman növünün təbliği və inkişaf etdirilməsindən ibarət olub. Eyni zamanda, açıq məşqdə iştirak edən gənc idmançılara sertifikatlar təqdim edilib. Sonda açıq məşqdə iştirak edən Avropa, Dünya və Olimpiya mükafatçıları ilə idmançılar xatirə fotoları çəkdiriblər.
Tədbirin sonunda idmançımız Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmış, ikiqat Olimpiya çempionumuz Nicat Hüseynovun mükafatlandırılma mərasimi baş tutub və ona Mərkəzin rəhbərliyi tərəfindən diplom və hədiyyələr təqdim edilib.






Facebook-da paylaş

Xəbəri paylaş