Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Bu gün boks üzrə dünya çempionu Fərhad Acalovun ad günüdür



Fərhad Acalov — 2000-ci ildə müstəqil Azərbaycanın gənclər arasında ilk dünya çempionu və yarışın texnikalı boksçusu olmuşdur.

1994-cü ildən boks idman növü ilə məşğul olmuş və Respublikamızın idman şərəfini müxtəlif ölkələrdə ləyaqətlə təmsil edərək, aşağıdakı nailiyyətləri əldə etmişdir:

1. 1997-98-ci il Avropa birinciliyi II yer (gümüş medal).
2. 2000-ci il Dünya birinciliyi I yer (qızıl medal) çempionatın ən texnikalı boksçusu.
3. 2000-ci il Tələbələrin Universiadası I yer (qızıl medal).
4. 2001-ci il Neft ölkələrinin Dünya kuboku III yer (bürünc medal).
5. 2003-cü il Hərbçilərin Olimpiya Oyunları III yer (bürünc medal).
6. -2004-cü il Tələbələrin Dünya çempionatı II yer (gümüş medal).
7. 2005-ci il Dünya kuboku III yer (bürünc medal).
8. 2005-ci ilNeft ölkələrinin Dünya kuboku III yer (bürünc medal)


11 qat Azərbaycan çempionu Fərhad Acalov , 25 dəfədən artıq “A” kateqoriyalı beynəlxalq turnirlərin qalib və mükafatçısı olmuş, “ Əməkdar idman ustası” və “ Əməkdar məşqçi” fəxri adlarına layiq görülmüşdür.

2010-18-ci illərdə “Rabitə İdman klubu” MMC-yə Vitse prezident - İcraçı direktor vəzifəsinə təyin edilmişdir. İşlədiyi müddətdə klub Azərbaycan çempionatlarında, Beynəlxalq turnirlərdə, Dünya, Avropa çempionatlarında ( oyunlarında), Olimpiya Oyunlarında, İslam Həmrəyliyi oyunlarında ümumilikdə 300-dən artıq medal əldə etmişdir.

2018-ci ildən bu günə qədər “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində direktor vəzifəsində çalışır.

Bizdə BrendSport.az informasiya portalı olaraq bütün əməkdaşlarımız adından Azərbaycanın fəxri Fərhad Acalova uzun ömür can sağlığı arzulayırıq.
Təbriklər Çempion!


Facebook-da paylaş

Xəbəri paylaş