Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib



Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunda çarpaz qarşılaşmada mübarizəyə start verilib.

BrendSport.az
xəbər verir ki, turnirin ikinci günündə təsnifat yarışlarının nəticələrinə əsasən, 16 böyük fərdi gimnast bir-biriləri ilə yarışıb.

1/8 final mərhələsində onlardan 8-i top, qalan 8-i isə halqa proqramı üzrə qüvvəsini sınayıb.

Onlar arasında Azərbaycan təmsilçiləri Zöhrə Ağamirova və Kamilla Seyidzadə də yer alıblar.

Z. Ağamirova halqa ilə hərəkətdə 33 900 xal toplayaraq rumıniyalı Kristina Draqana (28 900) qalib gəlib. Bu nəticədən sonra o, 1/4 finala vəsiqə qazanıb.

Digər gimnastımız Kamilla Seyidzadə (29 250 xal) isə topla çıxışda 35 500 xal toplayan bolqarıstanlı Stiliana Nikolovaya məğlub olub.

Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən Avropa Kubokunda 37 ölkəni təmsil edən 160 idmançı iştirak edir. Turnirə mayın 5-də yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş