Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib



“Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisindəki karyerasını bitirib.

BrendSport.az
xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Halic” komandasında çıxış edən 36 yaşlı qolkiper qərarını sosial şəbəkə hesabında açıqlayıb.

“Günlərdir nə deyəcəyimi, haradan başlayacağımı düşünürəm. Sevimli formanı geyinmək üçün mənə gələn ilk zəngdən indiyədək inanılmaz 14 il keçib. Atam vətən uğrunda həlak olub. Mən də ölkəmi bu yolla müdafiə etdim. 66 oyunda Bosniya və Herseqovinanın gerbini qürurla üzərimdə daşıdım. Bu yolda məni müşayiət edən hər kəsə - ailəmə, dostlarıma, məşqçilərimə və komanda yoldaşlarıma minnətdaram. Siz məni daha yaxşı insan etdiniz. Çox sağ olun. Milli komandamızın ən yaxşı azarkeşlərinə təşəkkür edirəm. Burada ən gözəl xatirələr, ən böyük sevinc və kədərlər, məni göylərə ucaldan uğurlar, bədənimin hər hüceyrəsində hiss etdiyim məğlubiyyətlər yaşadım. Hər şey üçün təşəkkürlər”, - təcrübəli oyunçu yazıb.

Qeyd edək ki, İbrahim Şehiç 2013-2018-ci illər mövsümündə “Qarabağ”ın şərəfini qoruyub. 2010-cu il noyabrın 17-də yığmada debüt edən təcrübəli qapıçı ümumilikdə 55 oyunda meydanda olub.


Facebook-da paylaş

Xəbəri paylaş