Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qarabağ”ın rəqibi 44 illik qələbə həsrətinə son qoyub

“Qarabağ”ın rəqibi 44 illik qələbə həsrətinə son qoyub


Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” üçün Liqa 1-in 20-ci turunda "Bordo" ilə oyun xüsusi əhəmiyyət kəsb edib.
BrendSport.az xəbər verir ki, komanda rəqibini məğlub etməklə 44 ildən sonra "Bordo" üzərində səfər qələbəsi qazanıb. Beləliklə, "Marsel" 1977-ci ilin oktyabrından sonra ilk dəfə şəxsi qarşılaşmalarda "Bordo"nun öz meydanında 36 matçlıq məğlubiyyətsizlik seriyasına son qoyub.
Bu qələbə sayəsində "Marsel" 36 xalla ikinci pilləyə yüksələrək, lider PSJ ilə xal fərqini 10-a endirib. "Bordo" isə 17 xalla 17-ci yerdədir.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.


Facebook-da paylaş

Xəbəri paylaş