Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa çempionatında 16 yaşlı şahmatçılarımız liderliklərini davam etdirirlər

Avropa çempionatında 16 yaşlı şahmatçılarımız liderliklərini davam etdirirlər


Müxtəlif yaş qrupları üzrə onlayn Avropa çempionatında şahmatçılarımız çıxışlarını davam etdirirlər.
BrendSport.az xəbər verir ki, 16 yaşlı şahmatçılarımız Şiroğlan Talıbov (oğlanlar) və Ayan Allahverdiyeva (qızlar) liderliyə yüksəliblər. Beş turdan 4,5 xal toplayan hər iki şahmatçımız birinci yerdə qərarlaşıb. On səkkiz yaşlıların turnirində isə ən yaxşı nəticəni liderlər qrupunda mübarizə aparan Uğur İlyaslı (4,5 xal), 10 yaşlılarda Səadət Bəşirli (4,5 xal) göstəriblər.
Qeyd edək ki, qitə çempionatında Azərbaycanı 44 şahmatçı təmsil edir.
İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir. Yarış oktyabrın 21-də başa çatacaq.


Facebook-da paylaş

Xəbəri paylaş