Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Uğurlarla dolu karyera



Amanov Elnur Sakit oğlu 1977-ci il iyulun 13-də Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Zəngəzur mahalının Mehri (Meğri və Mığrı da deyilir-ad-red) rayonunun Nüvədi kəndində müəllim ailəsində anadan olub.

BrendSport.az saytının "Qərbi Azəbaycan Tarixini Yaşadan Gənclər" Facebook profilinə istinadən verdiyi məlumat görə 1990-cı ildə (Azərbaycanlıların Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) sonuncu deportasiyası Nüvədi kəndi ilə son tapıb-ad-red) Bakıya köç ediblər. 1994-cü ildə Bakıdakı 35 saylı orta məktəbi bitirib.

1991-ci ildən idmanın taekvando növü ilə məşğul olmağa başlayıb. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna daxil olaraq (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) 1998-ci ildə bitirib. 1998 -1999-cu illərdə Ordu İdman klubunda hərbi xidmət keçib.

İdmanın taekvondo növü üzrə 15 dəfə Azərbaycan çempionu olub. 1999-cu ildə Xorvatiyanın Zaqreb şəhərində keçirlən Hərbiçilərin Ümumdünya Oyunlarında 3-cü yer, 2001-ci Hollandiyanın Rotterdam şəhərində Hərbiçilərin Dünya çempionatında 2-ci yer, 2002-ci il Türkiyənın Samsun şəhərində Avropa çempionatında 3-cü yer, 2004- cü ildə Norveç Lilhammer şəhərində Avropa çempionatında 2-ci yer, 2005-ci ildə Latviya RiqaRiqada Avropa çempionatında 2-ci yer, 2008 ci ildə İtaliya paytaxtı Roma şəhərində Avropa çempionatında 1-ci yerin qalibi olub.



2009-cu ildən 2016-cı ilə qədər Taekvondo üzrə Azərbaycan Milli Yığma Komandasının böyük məşqçisi kimi çalışıb. 2015-ci il iyunun 29-da ilk Avropa Oyunları zamanı Azərbayca Respublikası Prezidentinin fəxri fərmanı ilə təltif olunub. 2016-cı il snetyabrın 1-də Azərbaycan Respublikasının prezidentinin 2291 nömrəli sərəncamı ilə Şöhrət Ordeninə layiq görülüb. Rio Olimpiya oyunlarındakı qazanılmış yeganə qızıl medala görə, 2016-cı ildən Takekvando üzrə Qadınlardan İbarət Milli Yığma Komandanın Baş məşqçisi təyin olunub. Evlidir, 2 uşağı var.

Alxas Məmmədov


Facebook-da paylaş