Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Gənclər günü" Şamaxı rayonunda təntənə ilə qeyd edildi



01 fevral 2018-ci il tarixində Şamaxı Heydər Əliyev Mərkəzində “Respublika Gənclər Günü”nün qeyd olunması münasibəti ilə Şamaxı gənclərinin ümumrayon toplantısı keçirilmişdir.

BrendSport.az saytı xəbər verir ki, tədbirə rayonun idarə və təşkilatlarının, ümumtəhsil orta məktəblərinin, ali və orta ixtisas təhsil müəssisələrinin, gənclər təşkilatlarının, bədən tərbiyəsi və idman kollektivlərinin fəal gəncləri dəvət olunmuşdur. Ümumilikdə tədbirə 60 nəfər gənc cəlb olunmuşdur. Tədbirdə həmçinin Şamaxı rayon İcra Hakimiyyəti Başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov da iştirak etmişdir. Tədbir başlanmazdan öncə toplantı iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərərək abidə önünə tər gül dəstələri qoydular. Sonra isə tədbiri giriş sözü ilə açan Şamaxı RİH-ti Başçısı aparatının baş məsləhətçisi Babaqədir Qədirov toplantı iştirakçılarını salamladı və “Respublika Gənclər Günü” münasibəti ilə bütün gəncləri təbrik etdi. Şamaxı rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Dövlət gənclər siyasəti çərçivəsində rayonda görülmüş işlər haqqında geniş məruzə etdi. Ş.Hüseynovun məruzəsi dinlənildikdən sonra aşağıda adları qeyd olunan gənclərimiz mövzu ətrafında çıxış etdilər.

1. Məmmədova Güney Nazim qızı - Şəhər 1 saylı orta məktəbin müəllim
2. Nəcəfov Elçin Əmirşah oğlu - Əngəxaran k orta m Fiziki tərbiyə müəllimi
3. Qurbanlı Şəbnəm Coşqun qızı - Şamaxı Dövlət Regional kollecinin tələbəsi
4. Həsənov Alı İsgəndər oğlu - Hərbi hissənin çavuşu
5. Qarayeva Ülkər Raqib qızı - İnşaatçı tam orta məktəbin XI sinif şagirdi
6. Osmanova Xanım Rafiq qızı - Taekvondo idman növü üzrə məşqçi


Çıxışlar bitdikdən sonra ötən dövr ərzində bədən tərbiyəsi, idman və gənclər sahəsində fərqlənən aşağıda adları qeyd olunan bir qrup gəncləri Şamaxı rayon Gənclər və İdman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif etdi.

Sonda tədbirdə iştirak edən rayon gənclərini maraqlandıran suallar üzərində (gənclərin asudə vaxtlarının səmərəli təşkili ilə bağlı, elm, təhsil, incəsənət, idman sahələrində və s.) müzakirələr aparılmış və problemlərin həlli istiqamətində görüləcək işlər müəyyənləşdirilmişdir.

Alxas Məmmədov


















Facebook-da paylaş

Xəbəri paylaş