Faydalı saytlar


Reklam

VİDEO Bütün Xəbərlər

ÖZSÜD - DOĞRU SEÇİM



Mayamidə Formula 1 yürüşü ilə bağlı ictimai dinləmələr keçirilib



Mayamidə "Hard Rock Stadium” rayonunda Formula 1 yürüşünün keçirilməsi məsələsinə dair ictimai dinləmələr olub. Dinləmələrin nəticələrinə əsasən, Mayami mərhələsinin təşkilatçılarının gələcək addımlarına problemlər yaradan iki qətnamə qəbul edilib.

BrendSport.az
xəbər verir ki, Formula 1-in sahibləri və “Hard Rock Stadium” rəhbərliyi Mayamidə Formula Qran-Prisinin keçirilməsi barədə prinsipial razılaşma əldə ediblər, lakin ictimaiyyət, o cümlədən tras ətrafında yaşayanlar bu dərəcədə radikal dəyişikliklərin əleyhinə çıxıblar.

Bir neçə saat davam edən dinləmələrdən sonra Mayami-Deyd dairəsinin komissiyası iki qətnamə qəbul edib. Birinci qətnamədə söhbət yaşayış məhəllələrinin yanında yolların bağlanmasına qadağa qoyulmasından gedir. Buna görə də trasın təşkilatçılar tərəfindən təklif edilmiş konfiqurasiyasını dəyişdirmək lazım gələcək. İkinci qətnamədə promouterlərə rəsmi icazə verilməzdən əvvəl yeni ictimai dinləmələr təyin edilir.


Facebook-da paylaş