Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Qalatasaray” eyni gündə üç transfer reallaşdırıb


İstanbulun “Qalatasaray” futbol klubu eyni gündə üç transfer reallaşdırıb.

BrendSport.az klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Rayan Babel, Adəm Böyük və Valentin Ozornvaforu heyətinə qatıb.

“Qalatasaray” hollandiyalı hücumçu Rayan Babel ilə üç illik müqavilə imzalayıb. Azad agent kimi komandaya cəlb edilən futbolçunun illik məvacibi 2,5 milyon avro olacaq.

İstanbul təmsilçisi “Malatyaspor” ilə müqaviləsinin müddəti başa çatan Adem Böyüyü də transfer edib. Klub rəhbərliyi 31 yaşlı hücumçu ilə ikiillik müqavilə imzalayıb.

Nigeriyanın “Enyimba” klubundan transfer edilən Valentin Ozornvafor ilə dörd illik müddətə müqavilə imzalanıb. “Qalatasaray” rəhbərliyi 20 yaşlı müdafiəçinin keçidi üçün 300 min avro ödəyib.


Facebook-da paylaş

Xəbəri paylaş