Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Real Madrid"dən yeni rekor



İspaniya "Real Madrid"i Avropanın top-5 futbol çempionatları arasında ardıcıl 70 matçda qol vuran ilk komanda olub.

BrendSport.az Report-a istinadən xəbər verir ki,"kral klubu"nu rekorda yarımmüdafiəçi Marko Asensio qovuşdurub. O, "Valensiya" ilə La Liqa qarşılaşmasının 10-cu dəqiqəsində fərqlənib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Real Madrid" sonuncu dəfə 26 aprel 2016-cı ildə İngiltərənin "Mançester Siti" komandası ilə Çempionlar Liqasının yarımfinal oyununda meydanı qolsuz tərk edib. Həmin görüş qolsuz yekunlaşıb.


Facebook-da paylaş

Xəbəri paylaş