Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Lando Norris: Bakı yürüşündə hasarla təmasdan sonra güclü əsəb keçirirdim



“McLaren” komandasının pilotu Lando Norris etiraf edib ki, Formula 1 Azərbaycan Qran-Prisinin sonunda baş vermiş insidentdən sonra əsəbiləşib.

BrendSport.az xəbər verir ki, britaniyalı hasarla toqquşmaya yol verib və ilk onluqda yer tutmaq şansını riskə atıb. Yekunda Norris yürüşü səkkizinci yerdə başa vura bilib. Formula 1-in debütantı mövsümdə ikinci dəfə olaraq xal zonasına düşüb.

“Motosport” Norrisin sözlərini sitat gətirib: “Mənim hasarlarla bir neçə təmasım oldu. Onlardan biri finişə üç və ya dörd dairə qalmış baş verdi. Mən çox əsəbiləşdim, çünki toqquşma kifayət qədər sərt idi. Lakin vəziyyəti düzəldə bildim, xoşbəxtlikdən bolid bunun öhdəsindən gəldi.

Bakı trası ağırdır və hər bir səhv baha başa gələ bilər. Biz bir neçə səhvə yol verdik. Xoşbəxtlikdən onların nəticəsində yer və ya xal itirmədik”.


Facebook-da paylaş

Xəbəri paylaş