Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Romen Qrojan: Bakı yürüşü əladır



“Haas”ın pilotu Romen Qrojan Formula 1 Azərbaycan Qran-Prisindən gözləntiləri barədə təəssüratlarını bölüşüb.

BrendSport.az bu barədə “The Checkered Flag”a istinadla xəbər verir.

R.Qrojan deyib: “Bakı yürüşü əladır. Düz yol o qədər uzundur ki, ötmə əməliyyatları üçün böyük aerodinamik paket, böyük “slipstream” yaranır. Bu, həmişə əladır.

Demək olar ki, bu trass təsnifat yarışlarında olduğundan daha maraqlı və əyləncəlidir. Təsnifatlarda 90 dərəcəli döngələrdən keçməyə məcbursan ki, bu da olduqca mürəkkəbdir. Yürüş isə həmişə maraqlıdır. Ola bilər ki, Bakı trası da Monsa kimi yeni aerodinamik paketin böyük əhəmiyyət kəsb etməyəcəyi traslardan biridir. Bakıda yürüş etmək həmişə çox xoşdur. Hesab edirəm ki, orada xüsusi dəyişikliklər lazım deyil. Hadisələrin necə cərəyan edəcəyinə baxacağıq”.

Xatırladaq ki, Qrojan cari mövsümdə hələ ki, bir xal da toplamayıb.


Facebook-da paylaş

Xəbəri paylaş