Rusiyalı pilot: Bakı trassı çox yüksək qiymətə layiqdir
“Toro Rosso” komandasının rusiyalı pilotu Daniil Kvyat Bakıda keçiriləcək qarşıdakı Formula 1 yürüşü ilə bağlı düşüncələrini bölüşüb.
BrendSport.az xəbər verir ki, pilot Bakı trassının çox yüksək qiymətə layiq olduğunu deyib. O, bunun səbəbini burada qarşıya çıxan müxtəlif vəzifələr və yürüşün olduqca maraqlı olması ilə əlaqələndirib. Pilotun sözlərinə görə, bu trass uzundur, çoxlu düz yola, döngələrə malikdir və bütün bunlar yürüşçülərə yaxşı imkanlar yaradır. Kvyat əlavə edib ki, trasda ən maraqlı olan yol örtüyünün bilavasitə yaxınlığında yerləşən və adrenalin hasil olunmasını artıran ətrafdakı divarlardır.
Rusiyalı pilot F1i saytına deyib: “Bu, çox tələbkar trekdir. Siz digər küçə treklərində olduğundan bir qədər daha az sıxma gücü ilə işləməli olursunuz. Əyləcdən istifadəyə, xüsusən uzun düz yol startından sonra yüksək sürətlə ilk döngəyə yaxınlaşdıqda böyük tələbat yaranır. Siz əyləcə basmaq nöqtələrini seçərkən çox diqqətli olmalısınız”.
Kvyat mövsümün üç yürüşündən sonra topladığı 1 xalla pilotların ümumi hesabında 15-ci yeri tutur.
Azərbaycan Qran-Prisi aprelin 26-28-də keçiriləcək.
Facebook-da paylaş