Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Allah rəhmət eləsin



Azərbaycan İdman ictimaiyyətinə ağır itki baş verib...

- Cavid Cabir oğlu Allahverdiyev 17 fevral 1981-ci ildə Bakı şəhərində müəllim ailəsində dünyaya göz açıb.


Atası Cabir Allahverdiyev uzun illər sərbəst güləş üzrə məşqçi-müəllim, anası Elmira Allahverdiyeva isə, orta məktəbdə ibtidai sinif müəlliməsi işləyib.

Təhsili:

- 1987-1998-ci illərdə Bakı şəhəri, Yasamal rayonu 38 nömrəli orta məktəbdə oxuyub.

- 1998-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində, Sənaye və Mülki Tikinti
Ixtisası üzrə (əyani) ali təhsil alıb.

- 2005-2010-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında sərbəst
Güləş ixtisası üzrə (qiyabi) ikinci ali təhsil alıb.

- 2008-ci ildə Gənclər və İdman Nazirliyinin göndərişi əsasında, Azərbaycan Respublikasının
Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında ”Gənclər Siyasəti” proqramı üzrə xüsusi ixtisasartırma kursunda təhsil alıb.

İctimai fəaliyyəti:

- 1986-cı ildən atası Cabir Allahverdiyevin rəhbərliyi altında ”Məhsul” İdman Cəmiyyəti, Uşaq-Gənclər Güləş İdman Məktəbi və Mərkəzi Ordu İdman Klubunda, Milli güləş və sərbəst güləşlə məşğul olaraq, yeniyetmə, gənclər və tələbələr arasında bir çox yarışların qalibi və mükafatçısı olub.

- 2004-cü ildən güləş üzrə hakimliyə başlayıb. 2009-cu ildən sərbəst güləş üzrə Birinci dərəcəli
Hakimdir. 2004-cü ildən Azərbaycan Milli Xalq İdman Oyunları Spartakiadasının, Silahlı
Qüvvələrin, Bakı və Respublika çempionatlarının, ”Olimpiya Hərəkatı” çərçivəsində bir çox yerli və beynəlxalq tədbirlərin, yarışların təşkilatçısı, hakimi, baş hakimi və baş katibi olub. Göstərdiyi xidmətlərə görə, Fəxri fərman, Diplom və Sertifikatlarla təltif olunub.

- 2005-ci ildən ”Sportsman” idman jurnalının (PR menecer) İctimai Əlaqələr üzrə meneceri, baş
Meneceri olub.

- 2005-ci ildən etibarən qəzet və jurnallarda yazıları dərc olunub.

- 2005-ci ildən Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü, 2015-ci ildən İcraiyyə
Komitəsinin üzvü olub.

- 2008-ci ildən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən ”Sportsman” idman jurnalının təsis etdiyi, ”Zəfər” Beynəlxalq İdman Mükafatının təşkilat komitəsinin üzvü seçilib.

- 2008-2009-cu illərdə ”Güləş” idman jurnalının İctimai Əlaqələr üzrə meneceri olub.

- 2009-2019-cu illərdə ”Olimpsport” idman jurnalının İctimai Əlaqələr şöbəsinin müdiri olub.

- 2014-cü ildən Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) üzvü olub.

- 2015-ci ildən Azərbaycan Mətbuat Şurasının üzvü olub.

- 2015-ci ildə 1-ci Avropa Oyunları, 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunları və bir sıra Dünya, Avropa idman yarışlarında Media nümayəndəsi olub.

- 2016-cı ildə Müdafiə Nazirliyi və Daxili Qoşunların təşkil etdiyi “Gənc Heydərçilər” və “Şahinlər” hərbi-idman vətənpərvərlik düşərgələrində qrup rəhbəri, həmçinin müxtəlif illərdə idman düşərgələrində qrup rəhbəri olub.

- 2017-2019-cu illərdə (alətlərlə döyüş) Beynəlxalq “SPOQCS” Federasiyasının Azərbaycanda nümayəndəsi, “SPOQCS” İdman Klubunun təsisçisi və direktoru olub.

- 2020-2022-ci illərdə Hindistanda təsis olunmuş (döyüş sənəti) Bukido Dünya Federasiyasının
Baş katibi olub.

- 2020-ci ildən Azərbaycan Maarifçilər Assosiasiyasının üzvüdür.

- 2020-ci ildən Dünya Kosiki Federasiyasının üzvüdür.

2022-ci ilədək isə, Azərbaycan nümayəndəliyinin rəhbəri olub.

- 2021-ci ilin may ayından Dünya Həvəskar İdman Şurasının üzvü olub.

- 2022-ci ilin fevral ayında Azərbaycan Autizm Assosiasiyasının baş katibi seçilib.

- 2022-ci ilin oktyabr ayında Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyəti sədrinin müavini təyin olunub.

Əmək fəaliyyəti:

- Əmək fəaliyyətinə 2004-cü ildə, Uşaq-Gənclər Güləş İdman Məktəbində sərbəst güləş üzrə
Məşqçi-müəllim kimi başlayıb. Paralel olaraq ”Spartak” Həmkarlar İdman Cəmiyyətində məşqçi-müəllim işləyib.

- 2007-2013-cü illərdə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası,
(AHİTA) ”Məhsul” Könüllü Həmkarlar İdman Cəmiyyəti Respublika Şurasının idman işləri üzrə sədr müavini vəzifəsində işləyib.

- 2014-2022-ci illərdə, ”Pəhləvan” Respublika İdman Klubu, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gənclər və
İdman Nazirliyi nəzdində Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər (Velosiped) İdman Məktəblərində təlimatçı-metodist, Tədris hissə müdiri, tədris işləri üzrə direktor müavini vəzifələrində işləyib.

- 2021-ci ilin iyun ayında Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri seçilib..

- 2022-ci ildən Gənclər və İdman Nazirliyi tabeliyində Şuşa rayon Uşaq və Gənclər İdman Məktəbinin dərs hissə müdiri vəzifəsində çalışıb.

- Ailəlidir, iki qızı, bir oğlu var.


03.02.2023-cü il Cavid Cabir oğlu Allahverdiyev haqqın dərgahına qoşulub. Bir sözlə bu gün həm Azərbaycan idmanına həmdə ümumən Azərbaycan ictimaiyyətinə çox ağır bir itki baş verdi. İctimai bir şəxsiyyət Cavid Allahverdiyev 42 yaşına 15 gün qalmış bu dünyadan köçərək bütün dostlarını və sevənlərini gözü yaşlı qoyub.

Bizdə öz növbəmizdə BrendSport.az saytı olaraq Cavid müəllimə Allahdan rəhmət və yaxınlarına səbr diləyirik...

BrendSport.az: Baş redaktor Bəhruz Rəcəb oğlu Səmədov


Facebook-da paylaş

Xəbəri paylaş