Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



AKAF-IN QARABAĞDA TƏŞKİL ETDİYİ YARIŞ İLİN ƏN YAXŞI İDMAN TƏDBİRİ SEÇİLDİ



Gənclər və İdman Nazirliyi 2022-ci ilin yekunlarına əsasən müxtəlif nominasiyalar üzrə qalibləri elan edib. Bununla əlaqədar qala gecəsi təşkil olunub. Mərasimdə idman təşkilatlarının, federasiyaların, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak edib. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasını federasiyanın rəhbəri Vüqar Əhmədov, vitse-prezident Fərid Əmirov və baş katib Fərhad Əliyev təmsil edib.

BrendSport.az
xəbər verir ki, Tədbirin açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək bildirib ki, 2022-ci il Azərbaycan idmanı üçün uğurlu keçib. Nazir qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, 2023-cü ilin idmanımız üçün daha da uğurlu olacağına ümid etdiyini bildirib.
Daha sonra qaliblərin mükafatlandırma mərasiminə başlanılıb. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2 nominasiya üzrə mükafatlandırılıb. Federasiyanın 6-7 may tarixində Suqovuşan və Mingəçevirdə təşkil etdiyi “Prezident Kuboku” reqatası 2022-ci ilin ən yaxşı idman tədbiri seçilib. Xatırladaq ki, “Prezident Kuboku” işğaldan azad olunmuş ərazilərdə təşkil edilən ilk beynəlxalq yarışdır. Reqatada Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Gürcüstan və Moldova komandaları iştirak edib. Yarışların ilk günü Suqovuşanda ikinci günü isə Mingəçevirdə baş tutub.
AKAF daha bir nominasiya üzrə də təltif edilib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzi ilin idman qurğuları nominasiyasında qaliblərdən olub.


Facebook-da paylaş

Xəbəri paylaş