“İlin qalibləri-2022”nin mükafatçıları bəlli olub
İdman Araşdırmalar Mərkəzinin “İlin qalibləri – 2022” layihəsi üzrə "Qızıl onluq" adlı mükafatlandırma mərasimi keçirilib. Tədbirdə müxtəlif nominasiyalar üzrə 54 KİV-i təmsil edən idman jurnalistləri arasındakı sorğunun nəticələri açıqlanıb.
BrendSport.az xəbər verir ki, idman jurnalistlərinin rəyinə əsasən, gənclər və idman naziri Fərid Qayıbov ilin idman xadimi seçilib. Tədbirdə çıxış edən nazir F.Qayıbov seçimə görə media nümayəndələrinə təşəkkürümü bildirib, lakin gələcəkdə ilin ən yaxşısı sorğularında ona səs verməməyi xahiş edib: “Belə mükafatları qəbul etmək mənim üçün çətindir. Çünki idman naziriyəm və bu, mənim işimdir”.
Digər nominasiyalarda, ilin məşqçisi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, ilin əcnəbi futbolçusu Kadi Borges ("Qarabağ"), ilin futbolçusu Emin Mahmudov ("Neftçi"), ilin kişi idmançısı Eldəniz Əzizli (yunan-Roma güləşçisi), qadın idmançısı Gövhər Beydullayeva (şahmatçı), ilin komandası “Qarabağ”, ilin milli komandası minifutbol üzrə Azərbaycan yığması, ilin idman yarışı nominasiyasında isə yunan-Roma güləşi üzrə dünya kuboku fərqləniblər.
Facebook-da paylaş