Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



XƏZƏRDƏ AVARÇƏKMƏ ƏNƏNƏSİ BƏRPA EDİLİR




Ölkəmizdə avarçəkmənin inkişafı və kütləviliyin artırılması üçün çalışan Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası bu istiqamətdə növbəti layihəsini gerçəkləşdirir - dekabrın 24-də Xəzər dənizində, Dənizkənarı Bulvarda (Su İdmanı Sarayının yanı) avarçəkmənin ənənələri bərpa ediləcək və rəsmi olaraq məşqlərə başlanılacaq.

BrendSport.az
xəbər verir ki, İdman ictimaiyyətinin nümayəndələri və rəsmi şəxslərin də iştirak edəcəyi tədbir media nümayəndələri, həmçinin tamaşaçılar üçün açıq təşkil olunacaq. Tədbir saat 10:30-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanda avarçəkmə ənənələri məhz Xəzər dənizi ilə bağlıdır. Ölkəmizdə avarçəkmə idman növü ilə ötən əsrin 30-cu illərində məhz Bakı bulvarı ərazisində məşğul olunmağa başlanılıb.


Facebook-da paylaş

Xəbəri paylaş