Kombat Ciu-Citsu üzrə komandamız yeni uğurlar qazanmaqda davam edir
2014-cü ildən Azərbaycanda fəaliyyət göstərən Avrasiya Kombat Ciu-Citsu Federasiyası onun təsisçisi və 1-ci vitse-prezidenti Rəsul Məmmədovun rəhbərliyi altında son illər ərzində ölkəmizi beynəlxalq miqyaslı yarışlarda uğurla təmsil edərək bir sıra nailiyyətlərə imza atmışdır.
BrendSport.az xəbər veriri ki, 19 oktyabr 2019-cu il tarixində Ukraynanın paytaxtı Kiyev şəhərində gənclər və böyüklər arasında Kombat Ciu-Citsu üzrə Dünya çempionatı keçirilib. 20 ölkədən 340-dan çox idmançının mübarizə apardığı yarışda komandamız yüksək nəticələr göstərmişlər.
Bu yarışda respublikamız 5 idmançı ilə təmsil olunub. Yarışlar “Klous kontakt”, “Full kontakt” və “Self defans”ı üzrə üç versiyada keçirilib.
16-17 yaşlı idmançılar arasında 60 kq çəki dərəcəsində Fidan Yusifova “Klous kontakt” versiyasında qızıl medal, 60 kq çəki dərəcəsində Əhədli Yasər “Klous kontakt” versiyasında qızıl medal, “Full kontakt” versiyasında gümüş, 70 kq çəki dərəcəsində isə Məmmədov Zaur bu yarışların bürünc medalına layiq görülmüşlər.
Böyüklər arasında keçirilən yarışda isə komandamızın üzvləri 70 kq çəki dərəcəsində Vüqar Cəfərov, 92 kq çəki dərəcəsində isə Ramin Kazımov “Self kontakt” versiyasında bürünc medala layiq görülüblər.
Ümumilikdə 7 medal qazanan Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub və dünya çempionatının kuboku ilə təltif edilib.
Yarışdan sonra komandamızı Azərbaycanın Ukraynada səlahiyyətli səfiri Azər Xudiyev qəbul edib, onları qazandıqları nailiyyətlərə görə təbrik edərək uğurlar arzulayıb və sonda komanda ilə xatirə şəkilləri çəkilib.
29 oktyabr 2019-cu il tarixində 2019-cu ilin avqust ayında təsis olan Hərbiçilər və Hüquq-mühafizə orqanların İdman Assosiyasiyasının prezidenti Fizuli Musayev idmançılarla görüşmüş, onları qazandıqları nailiyyətlərə görə təbrik etmiş, gələcək yarışlarda müvəffəqiyyətlər arzulamışdır.
Facebook-da paylaş