Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Hazırda "Qarabağ" klubu milli dəyər kimi qiymətləndirilməlidi"

"Hazırda "Qarabağ" klubu milli dəyər kimi qiymətləndirilməlidi"

Nahid Sibili 1992-ci ildə Şamaxı şəhərində dünyaya gəlib. 1999-cu ildə Şamaxı rayonu Şəhriyar qəsəbəsi şəhid Anar Babaşov adına tam orta məktəbə qəbul olunub və 2010-cu ildə həmin məktəbi bitirib.

2007-ci ildə rayon peşə məktəbində kompüterin texniki servisi və proqram təminatı peşəsi üzrə təhsil alıb. 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialinda kredit şöbəsinin baş operatoru vəzifəsində işləyib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsi tərəfindən Ağdam rayonunda yerləşən "N" saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilib. Xidməti dövründə özünü nümunəvi əsgər kimi gəstərib.

Əsgəri xidmətdən sonra ilk iş yeri "Avromed" MMC-də informasiya texnologiyaları şöbəsində aparcı mütəxəssis kimi fəaliyyəti olub.

2015-ci ilin noyabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyində müvafiq kursu bitirdikdən sonra insan resursları departamenti tərəfindən Şamaxı rayon xidmət sahəsində 2-ci sahə üzrə nəzarətçi vəzifəsinə təyin olunub.

Nahidin bizimlə söhbətindən:
İdmana həmişə marağım olub. Müxtəlif vaxtlarda güləş, taekvondo kimi idman növləri ilə məşğul olmuşam. Futbol isə daim maraq dairəmdə olub. Hazırda çalışdığım idarənin rəhbərliyi və işçilərindən ibarət idman bölməsi də var. Rəhbərlik həmişə idmanın təbliğatına dəstək olur. Sağlam kollektiv, sağlam iş deməkdir. Fikrimcə, futbol insan övladının yaratdığı ən mükəmməl oyunlardandır. Burada birlik, taktika və düşüncə vacibdir.
Düşünürəm ki, hazırda "Qarabağ" klubu milli dəyər kimi qiymətləndirilməlidi. İdman dövlətimizin daim diqqət mərkəzində olan bi sahədir. Düşünürəm ki, "Qarabağ"ın Avropada ölkəmizi uğurla təmsil etdiyi üçün o torpaqların həqiqətən də bizim olmasının bir təblığatıdır.

Alxas Məmmədov




Facebook-da paylaş

Xəbəri paylaş