Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Özümə güvənimi hiss etdim və artıq məşqçi olmağa qərar verdim"

"Özümə güvənimi hiss etdim və artıq məşqçi olmağa qərar verdim"

"Rafael halal zəhmətinin bəhrəsini görür"

Bu gün demək olar ki, bütün idman növlərində kişi idmançılarla bərabər qadın idmançılarımız da nəyə qadir olduqlarını nümayiş etdirirlər. Belə
idmançılardan biri də taekvondo və karate üzrə I dan qara kəmər sahibi Xanım Osmanovadı. Xanım müəllimlə görüşüb fikirlərini öyrəndik.

- Öncə özünüz və idmana gəlişiniz barədə məlumat verərdiniz.

- Sumqayıt şəhərində anadan olmuşam. Bu şəhərin sanki özünəməxsus qayda-qanunu var. Burada idmançı olmaq adi hal alıb. Rəhmətlik anamın tövsiyəsi ilə idmana başlamışam. Karate və kapueraya marağım olduğundan "Kimyaçılar" sarayında karate üzrə məşqlərə başladım. O vaxtlar qızların döyüş növlərini seçməsi nadir hal hesab olunurdu. Məşqlərə başlayandan artıq uzun müddət keçmişdi. Məhşur yapon karate ustadı Kasuya imtahan götürmək üçün Bakıya gəlmişdi. İmtahan vaxtı mən ayaq zərbələrini işləyəndə mənə yaxınlaşıb baş əydi. Sonradan tərcüməçi bildirdi ki, onun karateçi xanımlara xüsusi simpatiyası var. İmtahanı uğurla verdim və qara kəmərə layiq görüldüm.

- Bildiyimizə görə, "Brilliant oğlan" kimi tanıdığımız Rafael Ağayevlə birlikdə məşq etmisiniz...

- Bəli, doğrudu. Rafael çox prinsipial idmançıdır. O vaxtlar hamımızın tanımış idmançı olmaq arzumuz var idi. Bu baxımdan Rafael arzularına çatıb, deyə bilərik. Bu gün onun qazandığı uğurları görüb sevinirəm. Çünki onunla eyni yerdə məşq etmişik və onun çəkdiyi əziyyətlərin canlı şahidiyəm. Bir sözlə, Rafael halal zəhmətinin bəhrəsini görür.

- Taekvondo məçqçiliyinə gəlişiniz necə oldu?

- İki oğlum var, ikisi də taekvondo üzrə müxtəlif yarışların çempionlardı. Elə yarış olub ki, eyni vaxtda üçümüz də yarışıb və yer tutmuşuq. Bir evə üç medal gəlib. Ancaq bir vaxt özümə güvənimi hiss etdim və artıq məşqçi olmağa qərar verdim. İndi tələbələrimdən müxtəlif yarışların qalibi var. Bir tələbəm isə beynalxalq yarışın mükafatçısı olub.

- Əldə etdiyiniz uğurları nəyə bağlayırsız?

- Qazandığım uğurlara görə, ilk növbədə Allahıma, sonr anama, ailəmə və məşqçimə minnətdaram. Bacarıqlarımızı gənclərə aşılamaqda bizə yaratdıqları şəraitə və göstərdikləri dəstəyə görə isə, xüsusi olaraq Şamaxı rayon İcra Hakimiyyətinin rəhbərliyinə, Şamaxı rayon Gənclər və İdman İdarəsinin rəhbərliyinə, Şamaxı Olimpiya İdman Kompleksinin rəhbərliyinə, Sabir qəsəbə tam orta məktəbinə, "Şəffaflıq" qəzetinin yradıcı heyətinə öz adımdan və tələbələrim adımdan təşəkkürümü bildirirəm.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi









Facebook-da paylaş

Xəbəri paylaş