Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankı yaradılıb



“Yüksəliş” müsabiqəsinin 5-ci ilinin nəticəsi olaraq kadrların ehtiyat bankını formalaşdırırıq. Bu bank dövlət qurumları, özəl şirkətlər üçün açıqdır. İnsan resursları üzrə mütəxəssislər müraciət edib oradan kadrları işə götürürlər.

BrendSport.az
xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, müsabiqədə, eyni zamanda, 200 nəfərdən artıq ekspert qrupu formalaşıb.

“Müsabiqəyə ümumilikdə 40 min nəfər müraciət edib. Sonuncu müsabiqədə rekord sayda - 16 min 500 nəfər iştirak edir. Onlar 4 mərhələdən keçirlər. Müsabiqə artıq 5-ci ildir keçirilir. İştirakçıları psixoloqlar, insan resursları mütəxəssislərindən ibarət qrup yoxlayır. Ənənəvi olaraq ekspertlər ən qabaqcıl təcrübələrə əsaslanan təlimlərdə iştirak edirlər. Bu insanlar öz sahələrində peşəkardırlar. Onlar insan potensialının dəyərləndirilməsi, kadrlarla iş sahəsində peşəkarlara çevriliblər. Bu gün burada 124 nəfər yarışır, qaliblərin hər birinə 20 min manat mükafat veriləcək, mentorlarla iş imkanı yaradılacaq. Eyni zamanda, onların adları ehtiyat kadr bankına daxil ediləcək. İndiyədək 96 qalibimiz var. Bu müsabiqədə nə qədər qalib olacağını bilmirik, təqribən 20 nəfər ətrafında olur. İnanırıq ki, onlar böyük işlər görəcək, müxtəlif dövlət və özəl qurumlarda öz potensiallarını nümayiş etdirəcəklər”,- deyə Fərhad Hacıyev qeyd edib.


Facebook-da paylaş

Xəbəri paylaş