Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Sonra başa düşdük ki, onlar ermənidi"



Asim Xudiyev 1988-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə 163 nömrəli məktəbin I sinfinə qədəm qoymağa başlayan Asim, elə həmin ildən tanınmış məşqçi Nicat müəllimin yanında taekvondo ilə məşğul olmağa başlayır.

Qısa zamanda Asim öz bacarıq və əzmkarlığı ilə secilir. Belə ki, o, 1997-ci ildə artıq Azərbaycanı beynalxalq yarışlarda təmsil etməyə başlayıb. İlk beynəlxalq turnirindəki çıxışı uğurlu alınır və gümüş medal qazanır. Uşaqlar arasındakı bir neçə dəfə çempion olur.

2000-ci ildə təhsilinə litseydə davam etdirir. Burada da "Azəri" klubunda Mamed və Gündüz müəllimin yanında məşqlərini davam etdiri. Yeniyetmələr arasında da 3 il ərzində birinci olur. Bu üç il ərzində Asim iki beynəlxalq turnirdə iştirak edir. 2001-ci ildə Belarusiyanın paytaxtı Minskdə bürünc medal qazanan idmançımız, 2002-ci idə nəticəsini daha da yaxşılaşdırır. Rusiyanin Yessentuki şəhərində bütün rəqiblərinə qalib gəlir və bayrağımızı ən yüksək pilləyə qaldırır.

"Asim, ən çox yaddaqalan nə oldu o illərdən?" - sualına o, fikirləşmədən "Ermənini udmağım və yarışdan qabaq baş verən insidenti yada saldı: Uşaqların çoxu uduzmuşdu. Döyüşdən qabaq 2 uşaqla rus dilində danışırdıq. Sonra başa düşdük ki, onlar ermənidi. Oturub çörək yedikləri anda gedib hərəsinin başına bir təpik vurdum (gülür).

Olar da gedib müəllimlərini çağırdı. Aləm qarışdı bir-birinə. Yaxşı ki, onları vuranda Səbuhi müəllim (Yeniyetmələrdən ibarət yığma komandanın indiki baş məşqçisi) görmüşdü. Tez gəldi və söz-söhbəti böyüməyə qoymadı.

Asim gənclər arasında da 3 il ərzində yığmanın üzvü olub. Yapon ləqəbli Asim 2005-ci ildə İsveçdə keçirilən beynəlxalq turnirdə qızıl medal qazanıb. 2006-cı ildə hərbi xidmətə gedib və xidmətini yüksək səviyyədə keçirib. Dəfələrlə təşəkkürnamə, fəxri fərman alan gənc istetad xidməti vəzifəsini kiçik çavuş kimi və ən yüksək xidməti xasiyyətnamə alaraq başa vurub.

2008-ci ildə yenidən məşqlərə başlayıb və ardıcıl olaraq 2009-2010-cu illərdə böyüklər arasında 54 kq çəki dərəcəsində yığma komandanın üzvü olub. 2009-cu ildə tələbələrin olimpiyadasında iştirak edib və ölkəmizin həmin oyunlarda bayraqdarı olub.

2011-ci ildə zədə səbəbindən idmanı 21 yaşında buraxmali olan Asim həmin ildən hakimlik etməyə başlayıb. Hazırda məşqçi kimi fəaliyyət göstərir. "Alov" klubunun rəhbəridir.

Şəxsi tələbəsi, paraolimpiyaçı Röyalə Fətəliyeva dünya çempionu və dəfələrlə Avropa, dünya çempionatlarının və dünya oyunlarının gümüş və bürünc mukafatçısıdır.

Gənc məşqçi isə hədəflərinin qarşıdakı olimpiyada olduğunu deyir. Biz də həm məşqçiyə, həm də tələbələrinə uğurlar arzulayırıq.

Əliqasım Məmmədov,
ADPU-nun I kurs tələbəsi








Facebook-da paylaş

Xəbəri paylaş