"Azərbaycanın bayrağını dalğalandırmaq mənim üçün böyük şərəf olub"

Nuriyev Fuad Alik oğlu 1980-ci ildə Ağsu şəhərində anadan olub. 1992-ci ildən taekvondo idman növü ilə məşğul olmağa başlayıb. 1995-ci ildən taekvondo üzrə yeniyetmələrdən ibarət komandaya dəvət olunub.
BrendSport.az saytı xəbər verir ki, Fuad Bakı şəhər fizika-riyaziyyat və informatika təmayüllü liseyinin məzunudur. 1998-ci ildə ordu sıralarından xidmətini başa vurduqdan sonra kiçik çavuş rütbəsi ilə təxlis olunub.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur.
Tanınmış məşqçi Gündüz Abdullayevin rəhbərliyi ilə dəfələrlə Azərbaycan çempionu olub. 2001-ci ildə Koreyada keçirilən dünya festivalında V yerə çıxıb. 2002-ci ildə Azərbaycan çempionatında II yer, 2002-ci ildə Hollandayida II yer, 2003-cü ildə Azərbaycan çempionatında II yer, Bakı çempionatında I yer, 2004-cü ildə I yer, 2005-ci ildə II yer, 2005-ci ildə Almaniyada III yer, Koreyada III yer, Rusiyada III yer, Səudiyyə Ərəbistanında V yer, 2006-cı ildə Azərbaycan çempionatında I yer, 2006-cı ildə "Azərbaycan open"də III yer, 2006-cı ildə Rusiyada I yer, Almaniyada V yer, İsveçrədə III yer, 2007-ci il Azərbaycan çempionatında II yer, 2008-ci ildə Azərbaycan çempipnatında III yeri tutub.
Mülki tikinti departamentində mühəndis vəzifəsində çalışıb. Hazırda Ağsu rayonunda taekvondo idman növü üzrə məşqçi-müəllim işləyir. Azərbaycan Respublikasının idman ustasıdır.
Fuad müəllim karyerası və fəaliyyəti haqqında bunları dilə gətirdi:
- Fəxrlə deyə bilərəm ki, şərəfli idman karyeram olub. Azərbaycanın bayrağını dalğalandırmaq mənim üçün böyük şərəf olub. Hazırda məşqçilik fəaliyyəti ilə məşğulam. Mənə daim dəstək olan Azərbaycan Taekvondo Federasiyasına, Ağsu rayon İcra Hakimiyyətinə, Ağsu rayon Gənclər və İdman İdarəsinə və Pirhəsənli kənd orta məktəbinin rəhbərliyinə öz minnətdarlığımı bildirirəm.
Alxas Məmmədov











Facebook-da paylaş
