AFFA İcraiyyə Komitəsinin bu ay iclası olmayacaq
BrendSport.az xəbər verir ki, komitənin növbəti toplantısı ən tezi 2024-cü ilin yanvarında təşkil oluna bilər. Bu isə o deməkdir ki, Azərbaycan millisinin yeni baş məşqçisi məsələsi yaxın müddətdə həllini tapmayacaq.
Yığmanın baş məşqçisi postuna namizədlərin müəyyənləşdirilməsi üçün yaradılması nəzərdə tutulan İşçi Qrupu isə hələ fəaliyyətə başlamayıb. AFFA İşçi Qrupunun tərkibini hələ ki açıqlamayıb.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclası noyabrın 22-də keçirilib. Həmin gün toplantıda millinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.
Facebook-da paylaş