Əsas Səhifə > Redaktor seçimi > AFFA İcraiyyə Komitəsinin bu ay iclası olmayacaq

AFFA İcraiyyə Komitəsinin bu ay iclası olmayacaq


13-12-2023, 12:27


BrendSport.az xəbər verir ki, komitənin növbəti toplantısı ən tezi 2024-cü ilin yanvarında təşkil oluna bilər. Bu isə o deməkdir ki, Azərbaycan millisinin yeni baş məşqçisi məsələsi yaxın müddətdə həllini tapmayacaq.

Yığmanın baş məşqçisi postuna namizədlərin müəyyənləşdirilməsi üçün yaradılması nəzərdə tutulan İşçi Qrupu isə hələ fəaliyyətə başlamayıb. AFFA İşçi Qrupunun tərkibini hələ ki açıqlamayıb.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclası noyabrın 22-də keçirilib. Həmin gün toplantıda millinin baş məşqçisi Canni De Byazi ilə yollar ayrılıb.
Geri qayıt