Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Milan"ın əfsanəsi Azərbaycan millisinin baş məşqçisi ola bilər



Xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul edilib.

67 yaşlı italyan mütəxəssis millidəki vəzifəsinə davam etmək istəmədiyini bildirib və qurum baş məşqçi ilə sözləşməni yeniləməmək qərarına gəlib.

Bundan sonra AFFA yığmanın baş məşqçi postuna namizəd şəxslərin müəyyən edilməsi üçün xüsusi işçi qrupu da yaradıb.

Futbol ictimaiyyətində gözləntilər, əsasən, yerli baş məşqçilərdən yanadır. Lakin Azərbaycan millisinin "sükan"ı yenidən xarici, özü də yenə italyan məşqçiyə həvalə oluna bilər.

BrendSport.az saytı xəbər verir ki, Offsideplus.az-ın əldə etdiyi məlumata görə, bu, İtaliya yığmasının və "Milan"ın əfsanəvi futbolçularından olan Alessandro Nestadır.

Belə ki, 47 yaşlı Nesta yanvar ayında seçməmizin başına keçə bilər. Mənbəmizin məlumatına görə, apeninli ilinə 1 milyon avro qarşılığında Azərbaycanda çalışa bilər.

Qeyd edək ki, Nesta hazırda İtaliya B Seriyasında mübarizə aparan "Redjina"nı çalışdırır.


Facebook-da paylaş

Xəbəri paylaş