Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan millisinə görə işçi qrupu yaradılacaq


AFFA-da milli komandanın baş məşqçi vəzifəsi ilə bağlı xüsusi işçi qrupu yaradılacaq.

BrendSport.az
xəbər verir ki, bu barədə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işçi qrupunun həm İcraiyyə Komitəsindən, həm də kənardan üzvləri olacaq: “Onlar tərəfindən baş məşqçi postuna namizədlərlə bağlı təkliflər veriləcək. Hər şey detallı şəkildə analiz olunduqdan sonra İcraiyyə Komitəsinin iclasında müzakirə ediləcək. İşçi qrupunun üzvləri ilə bağlı hazırda məlumat verə bilmirik. Yaxın vaxtlarda bu barədə ictimaiyyətə açıqlama veriləcək”.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında yığmanın baş məşqçisi Canni De Byazi ilə müqavilənin uzadılmaması barədə qərar qəbul olunub.


Facebook-da paylaş

Xəbəri paylaş