AFFA-nın İntizam Komitəsinin sədri vəzifəsindən ayrılıb
AFFA-nın İntizam Komitəsinin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb.
BrendSport.az xəbər verir ki, AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasınadək İntizam Komitəsinin sədri vəzifəsi hazırda komitənin üzvü olan Erkin Hüseynova həvalə olunub.
İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərar qəbul olunması nəzərdə tutulub.
AFFA-nın rəhbərliyi İntizam Komitəsinin sabiq sədri Tofiq Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.
Facebook-da paylaş