"Mənə taekvondonu o sevdirib"
Xıdır Məmmədov 30 aprel 2005-ci ildə anadan olub. Sabunçu rayonunda yerləşən 74 nömrəli orta məktəbin VII b sinif sagirdidir və sinfin əlaçılarındandır.
O, taekvondo ilə məşğul olsa da, hobbisi futboldur. Taekvondo üzrə şəxsi məşqçisi atası Zahid Məmmədovdur. Zahid müəllim Azərbaycan taekvondo ailəsinin parlaq nümayəndələrindəndir.
Xıdır indiyə kimi bir neçə yarışın qalibi olub. Qəbələ rayonunda təşkil olunmuş "Qəbələ Open" beynəlxalq turnirində isə II yerə layiq görülüb.
- Xıdır, idmana gəlişin neçə olub?
- Səbəbkar atamdır. Özü vaxtı ilə tanınmış idmançı olub. İndi isə peşəkar məşqçidir. Neçə deyərlər, mənə də qandan keçmədir. Bir də ki, gözümü acıb atamın diplom və meddallarını görmüşəm. Mənə taekvondonu o sevdirib.
- Məşq zamanı atanın sənə qarşı münasibəti necə olur?
- Çox tələbkardır. Bir məşqçi kimi istədiyini almağa çalışır idmançıdan. Məşqimiz çox maraqlı kecir. Atamın özünün xüsusi məşq planı var.
- Məşq zamanı sənə hirslənirmi və bu zaman nə edir?
- Dönüb gedir. Amma hirsi soyuyandan sonra qayıdır. Maraqlı xasiyyəti var. İstəyir ki, tələbələri ançaq çempion olsun. Çox prinsipial xarakterlidi.
Siz doğurdan mənim barəmdə yazacaqsınız saytda? (gülür)
- Bəli, mənim balaca dostum.
Alxas Məmmədov
Facebook-da paylaş