Qadın güləşi üzrə millimiz Avropa çempionatına Polşada hazırlaşır
Qadın güləşi üzrə millimiz Avropa çempionatına hazırlığı Polşada davam etdirir.
BrendSport.az xəbər verir ki, Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşan yığmamız Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandaları ilə birgə hazırlıq keçir.
Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıq prosesində Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edirlər.
Qeyd edək ki, taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.
Facebook-da paylaş