İmişli şəhər stadionunda oyunların keçirilməsinə icazə verilib
Peşəkar Futbol Liqası (PFL) tərəfindən İmişli şəhər stadionuna baxış keçirilib.
BrendSport.az xəbər verir ki, aparılan təmir və yenidənqurma işlərindən sonra stadion Birinci Divizion oyunlarını qəbul etmək üçün məqbul hesab olunub.
Qeyd edək ki, “İmişli” sözügedən stadionda cari mövsümdə ilk ev oyununu aprelin 12-də “Qarabağ-2” komandasına qarşı keçirəcək. Görüş saat 16:00-da start götürəcək.
Qeyd edək ki, daha əvvəl “İmişli” ev oyunlarını Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirirdi.
Facebook-da paylaş