Gənclər və idman naziri Biləsuvarda vətəndaşları qəbul edəcək
BrendSport.az xəbər verir ki, Gənclər və idman naziri Azad Rəhimov aprelin 18-də Biləsuvar rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak edəcəklər.
Qəbul saat 11:00-da Gənclər Evində (Biləsuvar şəhəri, Heydər Əliyev küçəsi, Heydər Əliyev parkının ərazisi, RİH ilə üzbə üz ) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
Ağcabədi
0505152900
Beyləqan
0557431212
Biləsuvar
0505044422
İmişli
0506356649
Facebook-da paylaş