“Gəncə” basketbol komandası “Neftçi”yə qalib gəlib
Fevralın 25-də Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının XIX turunun növbəti oyunu keçirilib.
BrendSport.az xəbər verir ki, “Gəncə” komandası doğma azarkeşlər önündə “Neftçi”ni qəbul edib. Oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alan “Gəncə” azarkeş dəstəyini də hiss edərək paytaxt klubu üzərində 83:73 hesablı qələbə qazanıb.
Matçın ən məhsuldar basketbolçuları “Gəncə”dən Kolin Törner (22 xal, 11 asist ), “Neftçi”dən Qlen Börns (19 xal, 4 ribaund) seçiliblər.
Qeyd edək ki, tura fevralın 26-da Şəkidə “Olimpik Şəki” – “Zirvə Astara” oyunu ilə yekun vurulacaq.
Facebook-da paylaş