Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Azəryol” həndbol klubu ölkə çempionatında növbəti qələbəsini qazanıb

“Azəryol” həndbol klubu ölkə çempionatında növbəti qələbəsini qazanıb

BrendSport.az xəbər verir ki, qadın həndbolçular arasında ölkə çempionatının XIII turunun ilk matçında “İdman Akademiyası” U-16 ilə qarşılaşıb.

Tələbələrin üstünlüyü ilə yadda qalan oyun 41:23 hesabı ilə başa çatıb. Turun “Qarabağ” - “Azəryol” görüşü daha gərgin idman mübarizəsi şəraitində keçib. Bu qarşılaşmada qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq göstərən “Azəryol” rəqibini məğlub edib - 35:31.

U-16 və “İdman Akademiyası” komandalarının XIV turdakı dueli də eyni hesabla nəticələnib - 41:23.
“Azəryol”la “Qarabağ”ın növbəti görüşü də gərgin mübarizə ilə yadda qalıb. Bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışan “Qarabağ”ın yüksək əzmkarlığı azarkeşlər tərəfindən alqışla qarşılanıb. Gənclər və idman naziri Fərid Qayıbov və müavini Mariana Vasilevanın izlədiyi matç daha inamlı oyun nümayiş etdirən “Azəryol”un qələbəsi ilə başa çatıb – 30:28.

Aktivinə 34-cü xalı yazdıran “Azəryol” turnir cədvəlinin lideridir. “İdman Akademiyası” ondan 14 xal geri qalır.
“Qarabağ”ın 18, “Azərsu”nun 9, U-16-nın isə 3 xalı var.
Kişi həndbolçular arasında ölkə çempionatının XIII turunun “Dinamo” –“Məhsul” görüşündə nominal ev sahibi komanda 27:22 hesabı ilə qalib gəlib. Növbəti turda rəqibə ciddi müqavimət göstərən “Məhsul” həndbolçuları çox çalışsalar da, 1 top fərqi ilə məğlub olublar – 26:27.

Hesabında 27 xal olan “İdman Akademiyası” turnir cədvəlinin birinci pilləsində yer alıb. “Təhsil” 21 xalla ikinci, “Dinamo” 18 xalla üçüncü, “Məhsul” 17 xalla dördüncüdür. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.


Facebook-da paylaş

Xəbəri paylaş