Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qadın sablyaçılarımız dünya kubokunun mərhələ yarışında iştirak edirlər

Qadın sablyaçılarımız dünya kubokunun mərhələ yarışında iştirak edirlər


Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət milli komandamız Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən dünya kubokunun mərhələ yarışında iştirak edir.

BrendSport.az
xəbər verir ki, fevralın 10-da qadın sablyaçıların şəxsi yarışında təsnifat mərhələsinə yekun vurulub.

Dünya reytiqində birinci srada qərarlaşan Anna Başta mübarizəyə əsas mərhələdən başlayacaq. Digər sablyaçılarımızdan Səbinə Kərimova və Zərifə Hüseynova da əsas mərhələyə yüksəlməyi bacarıb. Qrupda 4 qələbəsi olan Səbinə 64-lüyə yüksəlmək uğrunda keçirilən yarışda Özbəkistan təmsilçisi Paola Pliegoya 15:8 hesabı ilə qalib gəlib. Zərifə isə alman Julika Funkeni 15:13 hesabı ilə məğlub edərək əsas mərhələdə mübarizə aparmaq hüququ qazanıb.

Anna Başta əsas mərhələdə italyan Sofia Ciaragliya, Zərifə Hüseynova fransalı Karolin Queroli, Səbinə Kərimova isə çinli Yaqi Şao ilə qarşılaşacaq.

Palina Kaspiaroviç, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini uğurla adlasa da, təsnifat mərhələsinin pley-offunda mübarizəni dayandırıblar.


Facebook-da paylaş

Xəbəri paylaş