Beynəlxalq “Təhsil” turnirində ilk qaliblər müəyyənləşib
Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr (U-17) arasında beynəlxalq “Təhsil” turniri keçirilir.
Azərbaycan Güləş Federasiyasından (AGF) BrendSport.az-a bildiriblər ki, AGF-nin Elm və Təhsil Nazirliyi ilə birgə təşkil etdiyi yarışın ilk günündə güləşçilər 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış ediblər.
Yarışın ilk günündə Azərbaycan təmsilçiləri Elgün Məmmədov (45 kq), Sədrəddin Həsənov (51 kq), Camal Abbasov (60 kq), qazaxıstanlı Nurdaulet Seilbekov (71 kq), Novruz Əhmədxanov (92 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Qeyd edək ki, Dünya Güləş Birliyinin təqvimində yer alan yarışda Azərbaycanla yanaşı, Qazaxıstan, Tacikistan, Fransa, Böyük Britaniya və İsraildən ümumilikdə 200-dən artıq idmançı iştirak edir.
Facebook-da paylaş