Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Boks üzrə gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək

Boks üzrə gənclər arasında Azərbaycan birinciliyi keçiriləcək


Fevralın 11-də gənclər arasında boks üzrə Azərbaycan birinciliyinə start veriləcək.
BrendSport.az saytı xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 50 komandanın 176 oğlan boksçusu qatılacaq. Fevralın 11-də döyüşlər saat 15:00-da, digər 5 gündə saat 14:00-da başlayacaq. Qaliblərin adına isə fevralın 16-da aydınlıq gələcək.
Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Qeyd edək ki, birinciliyin baş hakimi Etibar Alıyev olacaq.


Facebook-da paylaş

Xəbəri paylaş