Faydalı saytlar


Reklam



Millimizin hücumçusunun oğlu “Golden boy”a namizəd oldu



Avropada ilin ən yaxşı 21 yaşadək futbolçusuna təqdim olunan “Qızıl oğlan” mükafatına namizədlər açıqlanıb.

BrendSport.az xəbər verir ki, İtaliyanın “Tuttosport” nəşrinin verdiyi mükafat üçün ilk olaraq 100 oyunçudan ibarət siyahı hazırlanıb.

"100-lük"də azərbaycanlı futbolçu yer almayıb. Siyahıda "Rubin"in hücumameylli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya və "Beşiktaş"ın qapıçısı Ersin Destanoğlu da var.

Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş hücumçusu Badri Kvaratsxeliyanın oğludur.

Məşhur futbolçulardan Meyson Qrinvud ("Mançester Yunayted", İngiltərə), Takefuso Kubo ("Real Madrid", İspaniya), Daniel Maldini ("Milan", İtaliya), Camal Musiala ("Bavariya", Almaniya), Bukayo Saka ("Arsenal", İngiltərə) da mükafat uğrunda yarışacaq.

2020-ci ildə bu mükafata Almaniyanın "Borussiya" (Dortmund) klubunda çıxış edən norveçli hücumçu Erlinq Holann layiq görülüb.


Facebook-da paylaş