U-21 millimiz Ukraynaya qalib gəldi - Yenilənib
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə ilk oyununa çıxıb.
BrendSport.az xəbər verir ki, Milan Obradoviçin komandası ukraynalı həmyaşıdları ilə qarşılaşıb. Kiyevdə, “Bannikov” stadionunda keçirilən qarşılaşmada millimiz minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 17-ci dəqiqədə Musa Qurbanlı vurub.
Qeyd edək ki, Azərbaycan yığması sabah Özbəkistanın U-21 millisi ilə qarşılaşacaq.
26 may
Valeri Lobanovskinin xatirə turniri
18:00 Ukrayna U-21 – Azərbaycan U-21 - 0:1
Qol: Musa Qurbanlı, 17
Facebook-da paylaş