Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"River Pleyt" meydana qapıçısız çıxdı, qalib gəldi



Libertadores kubokunda 5-ci turun oyunları keçirilir.

BrendSport.az xəbər verir ki, Argentinanın “River Pleyt” klubu “Santa Fe”ni (Kolumbiya) 2:1 hesabı ilə məğlub edib.

Maraqlıdır ki, bu oyunda “River Pleyt”in heyətində cəmi 11 futbolçu yer alıb. Buna səbəb komandanın 25 futbolçusunun koronavirusa yoluxmasıdır.

Komandanın əvəzetmə şansı olmayıb. Üstəlik, bütün qapıçıların koronavirusa yoluxduğuna görə qapıda 35 yaşlı yarımmüdafiəçi Entso Peres dayanıb. Oyun ərzində beş qurtarış edən Peres inamlı çıxışı ilə yadda qalıb.

Qeyd edək ki, “River Pleyt” D qrupunda 9 xalla liderdir. Kolumbiya təmsilçisi “Santa Fe” isə qrup sonuncusudur.


Facebook-da paylaş

Xəbəri paylaş