Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ölkəmizdə futzal yarışlarının təxirəsalınma müddəti iki həftə uzadılıb

Ölkəmizdə futzal yarışlarının təxirəsalınma müddəti iki həftə uzadılıb

Azərbaycan Futzal Federasiyası yüksək, birinci və ikinci liqaların, eləcə də ölkə kubokunun oyunlarının təxirə salınması müddətini mayın 4-dək uzadıb.
Federasiyadan BrendSport.az-a bildiriblər ki, bu addım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin mayın 4-dək uzadılması səbəbindən atılıb.
Oyunların başlanma tarixi barədə federasiyanın saytında əlavə məlumat veriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş