Əsas Səhifə > Ölkə idmanı > Ölkəmizdə futzal yarışlarının təxirəsalınma müddəti iki həftə uzadılıb
Ölkəmizdə futzal yarışlarının təxirəsalınma müddəti iki həftə uzadılıb22-04-2020, 03:00 |
Azərbaycan Futzal Federasiyası yüksək, birinci və ikinci liqaların, eləcə də ölkə kubokunun oyunlarının təxirə salınması müddətini mayın 4-dək uzadıb. Federasiyadan BrendSport.az-a bildiriblər ki, bu addım Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 aprel tarixli Qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq, ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin mayın 4-dək uzadılması səbəbindən atılıb. Oyunların başlanma tarixi barədə federasiyanın saytında əlavə məlumat veriləcək. Geri qayıt |