Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turnirinin qalibi müəyyənləşib
Vüqar Həşimov Şahmat Akademiyasında mərhum qrossmeysterin xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri başa çatıb.
BrendSport.az xəbər verir ki, 9 turdan 7,5 xal toplayan Aqil İsrafilov birinci pillədə qərarlaşıb. İkinci və üçüncü pillələrdə İlkin Məmmədli (7 xal) və Şamil Məmmədov (6,5 xal) yer alıblar.
Turnirdə Azərbaycan, Gürcüstan və Rusiyadan 71 şahmatçı mübarizə aparıb.
Facebook-da paylaş