Nazir Göygöl rayonunda vətəndaşları qəbul etdi
Avqustun 17-də gənclər və idman naziri Azad Rəhimov Göygöl rayonunda vətəndaşları qəbul edib.
Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Göygöldə Ağstafa, Daşkəsən, Gədəbəy, Göranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Gəncə, Naftalan şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib.
Göygöl Heydər Əliyev Mərkəzində baş tutan və ümumilikdə 20-ə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər əsasən gənclər, idman və digər sahələri əhatə edib.
Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay- qış istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.
İdman sahəsi üzrə edilən müraciətlərə sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s mövzular daxil olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Facebook-da paylaş