Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Nəcəfov "Qəbələ"nin büdcəsinin azaldığını etiraf etdi: "Transferlərə ehtiyacımız var, maddi gücümüz çatmır"



"Qəbələ" ötən mövsüm bitəndən sonra baş məşqçi dəyişikliyi etdi. Ukraynalı mütəxəsssis Roman Qriqorçukun istefasını qəbul edən klub rəhbəriyi bu vəzifəyə uzun müddət köməkçi məşqçi işləmiş Sənan Qurbanovu təyin etdi. "Qırmızı-qaralar" gənc çalışdırıcısının rəhbərliyi altında Avroliqada uğursuz çıxış edərək mübarizəni ilk təsnifat mərhələsində dayandırdı. Ancaq Topaz Premyer Liqasında yeni mövsümdə start tam fərqli oldu. Belə ki, ilk turda evdə "Səbail" böyük hesabla məğlub edildi - 3:0.Qarşılaşmanı fəxri tribunadan izləyən "Qəbələ"nin vitse-prezidenti görüşdən sonra Sport24.az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.



- "Qəbələ"nin yeni mövsümdə ilk oyununu necə dəyərləndirərdiniz? Bu hesabı gözləyirdinizmi?

- Ümimuyyətlə, hər çempionatın ilk turunda həmişə eyni mənzərə - çətin matç olur. Bunu özünüz də yaxşı bilirsiniz, standart şeydi. Çətin qarşılaşma həm bizim üçün olur, həm də rəqib. Sözsüz ki, matçın çətin olacağını gözləyirdim və səhvlərimiz həmişəki kimi var. Ancaq komanda oyundan-oyuna artırır və bu da bizi sevindirir.



- Hələ öncə açıqlamanızda bildirmişdiniz ki, daha transferə ehtiyac yoxdu...

- Yox, transferə ehtiyac var. Sadəcə, gücümüz buna çatır (gülür).



- Yəni edilməməsi sırf maliyyəylə bağlıdı...

- Bəli, hazırda maddi imkanlarımız bu heyətə çatır. Transferlərimiz bunlar olacaq, başqa yeni futbolçuları komandamıza qatmayacağıq. Bugünkü heyət büdcəmizə görə bizə bəs edir.



- Yay fasiləsində Dabo, Ozobiç kimi bahalı futbolçulardan, mövsüm öncəsi isə əvəzedici komandanı yarışa buraxmaqdan imtina etməyiniz futbol ictimaiyyətində belə fikir yaradıb ki, "Qəbələ"nin digər klublarımız kimi yavaş-yavaş büdcəsi zəifləyir və "Bakı", "Xəzər Lənkəran"ın aqibətinə doğru gedir. Bu fikirlərə son qoya bilərsinizmi?

- Kimsə nəsə deyə bilər. Ancaq əvvəl qeyd etmişdim, yenə də deyirəm ki, dünyanın istənilən klubunda, o cümlədən "Qəbələ"də istənilən dəyişiklik ola bilər. Strateji dəyişiklik ola bilər ki, klub gənclərə, öz yetirmələrinə üstünlük versin. Və yaxud büdcə planında dəyişikliklər mümkündü. Göründüyü kimi də bu mövsüm büdcəmizdə azalma var. Ancaq bu, əsas komandanın transfer məsələlərinə aiddi. Futbol akademiyamız olduğu kimi işini davam etdirir, orda heç bir dəyişiklik yoxdu. Bir mövsümlük büdcəmiz təsdiqlənib və yolumuza davam edirik. Yəni burda elə bir şey yoxdu ki, sizə deyim təhlükə var.



- Əvəzedicilərin yarışdan kənarda qalması necə?

- Əvəzedicilər çəkilməyib. Burda yanlış fikir formalaşıb. Əvəzedicilərin çəkilməsi söhbəti yoxdu. Əvəzedicilərin çempionatı davam edir, bizim də işimiz. Bizə I Divizionda çıxış etmək təklif olundu. Biz də klub olaraq öz fikrimiz bildirdik ki, burda çıxış etmək istəmirik. Birincisi, oynamağa lüzum görmürük. İkincisi də lazım olsaydı, istəsəydik belə çıxış edək, buna imkanımız çatmırdı. Bu, təkcə malliyə baxımından yox, təşkilati məsələlərlə də bağlı. Təkrar bir komanda yaratmalı? ora əlavə işçilər götürməli idik. Əvəzedicilərlə I Divizion stadionları arasında fərq var. Fərqli arenalarda oynayırlar, çətin marşrutlarla hərəkət edirlər. Bunlar hamısı bizim üçün bir işdi və bu təşkilati məsələlər həll olunmalıdı. Həm də gecikmişdik, qərar əvvəl qəbul olunsaydı, bəlkə də məsələyə başqa cür yanaşardıq. Ancaq indiki dönəmdə nə vardısa, onu da etdik. Burda başqa bir şey yoxdu. Hərçənd, bir şeyi də deyim - bəzi mətbu orqanlarda oxuyuram ki, AFFA-nın qərarının əleyhinə gedirik. Ancaq belə bir şey yoxdu. Öz təklifimizi hörmətlə, şifahi şəkildə etdik. Onlar da anlaşıqlı şəkildə yanaşdılar. Sonra isə rəsmi məktub yazdıq və qəbul olundu ki, çempionatda iştirak etməyək. Burda nə var ki? Ciddi bir şey yoxdu.



- Əvəzedicilərin çempionatda iştirak etməməsi hansısa futbolçuların itiirilməsi demək deyil?

- Yox. Heç bir oyunçu itirilmir. Akademiyadan çıxmış ən yaxşı futbolçuları sözsüz ki, özümüzə götürürük. Bu, birmənalıdı. Yaxşını heç kimə verəsi deyilik. Əsas komandamızda yaxşı yetirmələrimiz yer alıb. İkinci mərhələ kimi daha yaxşı komandalara yaxşı oyunçularımızı verdik. Üçüncü mərhələ isə digər yetirmələrimizi I Divizion və başqa komandalara verməkdi. Yəni seçim özümüzə məxsusdi. Bildiyiniz kimi, xaricdə icarədə olan futbolçularımız də var. Biri "Slaviyada, digəri Litvada. Çalışırıq ki, başqa yetirmələrimizi də xaricə göndərək. Futbolçunun oynaması, inkşaf etməsi üçün kifayət qədər yer var. Bilirsiniz ki, bizdə yerli futbolçu mənasında zəiflik var. Hər gün bizə Premyer Liqa, I Divizion klublarından zənglər gəlir və futbolçularımızı istəyirlər. Bu, bizi sevindirir.



- Komandanız növbəti turda çətin sınaq qarşısında olacaq. "Qəbələ" kimi iddialı klub "Neftçi"ylə səfərdə görüşəcək. Bu matçdan nə gözləyirsiniz?

- Yalnız öz komandamız haqda danışa bilərəm. Dediyim kimi, İlk matçdakı oyunumuz məni sevindirir. Gənc baş məşqçimiz var, həvəslidi. Futbolçularımız da eləcə, özlərini sübut etmək istəyirlər. İddiamız davam edir ki, maksimum bacardığımızı edək. "Neftçi"yə də uğurlar arzulayıram. Ancaq bizlə qarşılaşdığı oyunda yox, başqa görüşlərdə (gülür).



MEHMAN SÜLEYMANOV


Facebook-da paylaş

Xəbəri paylaş