Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunları başlayır

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.
BrendSport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Günün yeganə görüşündə “Zirə” öz meydanında “Sumqayıt”la üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşma saat 19:00-da start götürəcək. Matçı FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Komandalar arasında Sumqayıtda keçirilmiş ilk oyunda qapılara qol vurulmayıb – 0:0.
Qeyd edək ki, 1/4 final mərhələsinin digər cavab oyunları martın 4-5-də reallaşacaq.
Facebook-da paylaş





















